Qurban Berdıyev: "Ayxan Abbasovun dedikləri məni maraqlandırmır"

Qurban Berdıyev: "Ayxan Abbasovun dedikləri məni maraqlandırmır"
Futbol
267
02 Dekabr 2025 - 21:05

Supersport.Az xəbər verir ki, "Turan-Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Kubokunun 1/8 finalında "Şahdağ-Qusar" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun yığmaya dəvət edilən futbolçulara daha çox oynaya biləcəkləri klublara keçməyi tövsiyə etməsinə də münasibət bildirib.


"Milli komandanın baş məşqçisinin dedikləri məni maraqlandırmır. Yerli futbolçulara daha çox şans verdik ki, sonra onların səhvlərini təhlil edək. Çempionatda da həmin səhvləri təkrarlamasınlar".

Digər xəbərlər