Mikayıl Cabbarov rusiyalı məşqçini millidən göndərdi

Mikayıl Cabbarov rusiyalı məşqçini millidən göndərdi
Olimpiya, Digər, Güləş
473
05 Yanvar 2026 - 20:31

Supersport.Az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanovla əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.


İqtisadiyyat naziri Mikayıl Cabbarovun prezidenti olduğu Azərbaycan Güləş Federasiyası rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.

Digər xəbərlər