Qurban Qurbanov: "Məni başa düşən 3-4 nəfərdir" - Video

Qurban Qurbanov: "Məni başa düşən 3-4 nəfərdir" - Video
Futbol, Eksklüziv, Video
369
10 Yanvar 2026 - 09:19

Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun tənqidlər haqda fikirlərini videogörüntüyə alıb.

"Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, yenə futbolu müzakirə edirlər. Əsasən də son vaxtlardakı məğlubiyyətlərdən danışırlar. Bir neçə nəfəri çıxmaq şərtilə, məni başa düşən 3-4 nəfərdir. Qalanlar filankəsi niyə dəyişmədin, bu niyə belə oldu, yarı zarafat da olsa, bunu bildirirdilər (gülür). Əfsuslar olsun ki, bunlardan qaça bilmədin. Başlayanda deyirlər, düzünü sən bilirsən, sonra da deyirlər ki, bu niyə belə oldu. Ən yaxınlarım var ki, 3-4 nəfər, bu barədə heç nə demirlər. Daim yanımda olurlar, motivasiya verirlər. İnanın ki, əgər futbolçularım sağlam qayıdırlarsa, hər məşqdə sağlam, istəkli olurlarsa, mənim üçün istirahətdir. İstirahət etsəm də, görsəm ki, məşqim, futbolçularım yaxşı deyil, istirahətimin üstündən xətt çəkilir".

Digər xəbərlər