Mübariz Mənsimovdan "Xəzər Lənkəran" paylaşımı - Foto
Supersport.Az xəbər verir ki, "Xəzər Lənkəran"ın keçmiş prezidenti Mübariz Mənsimov paylaşım edib.
"🇦🇿🇹🇷Bu gün “Xəzər- Lənkəran”ın əfsanələri Alim Qurbanov, Zaur Ramazanov, eləcə də futbolda çox tanınmış və hörmət etdiyim insanlardan biri Oqtay Abdullayev qonağım oldular.
Təbii ki, söhbət daha çox futboldan düşdü. “Xəzər-Lənkəran”la bağlı xatirələri yada saldıq. O vaxtlar həqiqətən başqa ab-hava var idi. Gözəl maçlar, güclü heyət, böyük mübarizə… “Xəzər-Lənkəran” Azərbaycan futbolunda öz izini qoymuş klubdur və hər zaman da insanların yaddaşında gözəl xatirələrlə qalacaq.
O illəri hər zaman yaxşı xatırlayıram. Bakıya gəlib o oyunlara baxmaq, stadiondakı atmosferi yaşamaq, xüsusilə də komanda azarkeşlərinin coşğusunu görmək unudulmaz idi. Klubuna bu qədər bağlı və sadiq fanatlar həqiqətən fərqli idi.
Buradan bütün “Xəzər- Lənkəran” azarkeşlərini, klubda əməyi keçən futbolçuları, məşqçiləri və bütün kollektivi salamlayıram".