"Qarabağ" 3 futbolçunu kənarlaşdırdı
Futbol
103
23 May 2026 - 19:55
Supersport.Az xəbər verir ki, "Qarabağ" FK Emmanuel Addai, Ramin Seydayev və Samy Mmaee ilə yollarını ayırıb.
Ağdam klubunun mətbuatı xidməti bu məlumatı yayıb.
Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramin Seydayevlə əməkdaşlığa yekun vurulub. İcarə əsasında komandada çıxış edən Samy Mmaee isə məxsus olduğu kluba geri qayıdıb.