Azərbaycan Fransanı məğlub edib lider oldu  

Azərbaycan Fransanı məğlub edib lider oldu  
Futbol
80
30 May 2026 - 17:27

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.


Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan millisi Fransa ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Yığmamızın heyətində Elvin Əlizadə ilə Ramiz Çovdarov fərqləib. Digər qolu isə rəqib öz qapısına vurub.


Xallarını 9-a yüksəldən milli komanda 1/8 finala yüksəlib. Azərbaycan seçməsi bu raundda Qazaxıstanla qarşılaşacaq.

Digər xəbərlər