Qurban Berdıyev üzr istədi
Futbol
80
09 Fevral 2026 - 21:41
Supersport.Az xəbər verir ki, "Karvan-Yevlax"ı məğlub edən "Turan"ın baş məşqçisi Kurban Berdıyev oyun haqda fikirlərini bildirib.
"İlk öncə kubok oyununda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm. Emosional və yolverilməz hərəkət idi. Oyuna gəldikdə birinci hissədə çoxlu imkanlarımız oldu. İkinci qolu vurub oyunu bir qədər asanlaşdırmaq istəyirdik. Təəssüf ki, ikinci qolu vura bilmədik və sonluq bir qədər əsəbi alındı".