"Turan" 32 il sonra avrokuboklarda...

"Turan" 32 il sonra avrokuboklarda...
Futbol
137
10 May 2026 - 19:00

“Turan Tovuz” 32 il sonra avrokuboklara vəsiqə qazanıb.


Supersport.Az xəbər verir ki, Tovuz klubu bu gün Azərbaycan Premyer Liqasının 31-ci turunda “Karvan-Yevlax”a qalib gəlməklə (1:0) 2025/26 mövsümündə ən azı üçüncü yeri təmin edib.


Çempionatın bitməsinə 2 tur qalmış Qurban Berdıyevin komandası 2026/27 mövsümündə ən azı UEFA Konfrans Liqasında oynamaq hüququ qazanıb.


Xatırladaq ki, Azərbaycanı ilk dəfə avrokuboklarda məhz Tovuz təmsilçisi "Turan" təmsil edib. 


1994-cü ilin yayında ölkə çempionu olaraq avrokuboklara - o vaxt UEFA kuboku adlanan yarışa qatılan "Turan" birinci mərhələdə Türkiyənin "Fənərbağça" klubu ilə oyunlarda (İstanbulda ilk matç 0:5, Sumqayıtda cavab görüşü 0:2) məğlub olaraq mübarizəni dayandırmışdı.

Digər xəbərlər