Qurban Berdıyev: "Azərbaycanda uğur karyeramda xüsusi yer tutur"

Qurban Berdıyev: "Azərbaycanda uğur karyeramda xüsusi yer tutur"
Futbol
141
10 May 2026 - 22:00

Supersport.Az xəbər verir ki, premyer liqanın 31-ci turunda "Karvan"ı məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev fikirlərini bildirib.


"Oyundan öncə də futbolçulara bu haqda demişdik. Çətin oyun olacağını təxmin etmişdik. Onlar da oyunun məsuliyyətini dərk edirdilər. Allaha şükürlər olsun ki,  qələbə qazandıq və hədəfimizə çatdıq. "Turan Tovuz"la bu uğur karyeramda xüsusi bir yer tutur. Mən bura gələndə klub prezidenti qarşımıza xeyrli məqsədlər qoymuşdu ki, tovuzlu azarkeşlərə avrokubokları bəxş edək. Mən klub prezidentimizi təbrik edirəm. O, bu layihə  üçün ürəyini, ruhunu qoydu. Azarkeşlərimizi təbrik edirəm. Hansı ki, fərqli şəhərlərdə, harada oynamağımızdan asılı olmayaraq hər zaman bizi dəstəklədilər. Qeyd etdiyim kimi, bu nəticə mənim karyeramda xüsusi yerə sahibdir. Çünki biz hər şeyə ən aşağıdan başlamışdıq. 2 il sonra nəhayət avrokuboklara düşə bildik".

Digər xəbərlər