"Sabah" 26 milyon manat xərclədi
"Sabah"ın 2025-ci il üzrə maliyyə hesabatı açıqlanıb.
Paytaxt təmsilçisinin ötən il ümumi əməliyyat gəlirləri 26 milyon 727 min AZN təşkil edib. Klub ili 281 min 500 AZN xalis mənfəətlə başa vurub.
"Sabah"ın əsas gəlir mənbəyi sponsor və reklam daxilolmaları olub. Klub bu istiqamətdən 19 milyon 150 min AZN qazanıb.
UEFA-dan daxilolmalar isə 3 milyon 810 min AZN təşkil edib.
Futbolun İnkişaf Fondundan ayrılan vəsait 3 milyon 371 min AZN olub.
Bilet satışından əldə olunan gəlir 69 min AZN,
Teleyayım nümayiş hüquqlarından gəlir isə cəmi 11 min AZN göstərilib.
Xərclərə gəlincə, əməkhaqqı və mükafat ödənişləri 14 milyon 164 min AZN olub.
"Sair xərclər" maddəsi üzrə isə 11 milyon 166 min AZN xərc qeydə alınıb.
Agentlərə ödənilən məbləğ 818 min AZN təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə “Sabah”ın xalis mənfəəti 717 min AZN idi. Beləliklə, klubun mənfəəti bir il ərzində azalıb.