"Qarabağ"lılar Çempionlar Liqasının ən yaxşıları sırasında
Futbol
112
02 İyun 2026 - 22:00
Supersport.Az xəbər verir ki, "Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının son mövsümünün ən yaxşıları sırasında yer alıblar. Mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın "FedEx Performance Zone" statistik hesabatına əsasən, Ağdam komandasının qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı qolkiper yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
Abdullah Zubir meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan "Qarabağ"ın fransalı yarımmüdafiəç 2-ci yerə şərik olub.