Ayxan Abbasov sevinir
Supersport.Az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda San Marino yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan (2:1) sonra mətbuat konfransında fikirlərini bildirib:
"Futbolçulara təşəkkür edirəm. Malta ilə oyunda məğlub olduğumuz üçün bu gün qalib gəlmək istəyirdik. Millətlər Liqası öncəsi son toplanışımız olduğundan, hamını meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur. Heyətdə dəyişikliklər də etmişdik. Malta ilə matçda olduğu kimi, bu gün də əsas problemimiz qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu. Oyunun tempi normal idi, hücumlar edirdik. Həm futbolçular, həm də biz qalib gəlmək istəyirdik. Bunu həyata keçirdiyimiz üçün sevinirik".