Azərbaycan yığması yenə geriyə getdi - Foto
Supersport.Az-ın məlumatına görə, FIFA-nın açıqladığı milli komandaların yeni reytinq cədvəlində Azərbaycanın (AFFA) futbol yığması geriləyib.
Ayxan Abbasovun rəhbərlik etdiyi milli Maltaya yoxlama oyununda məğlub olduğu üçün geriyə gedib.
Azərbaycan yığmasının 211 ölkənin dünya reytinqində son pillədəki San Marinoya (721.20 xal) qalib gəlməsi faydasız olub.
Azərbaycan millisi 1132 xalla iki pillə geriləyərək 126-cı pilləyə düşüb.
SOCAR rəhbəri Rövşən Nəcəfin 26 aydır ki, AFFA prezidenti olduğu müddətdə Azərbaycanın futbol yığması daha çox məğlub olub, bir neçə zəif rəqibləri udub.
Türkiyə 1605.73 xalla 22-ci, Özbəkistan 1458.73 xalla 50-ci yeri tutur.
Ermənistan 1189.63 xalla bir pillə enərək 107-cidir.
Argentina yığma komandası (1877.27 xal) 211 ölkə sırasında iki pillə irəliləyərək birinci yerə yüksəlib.
İspaniya 1874.71 xalla ikincidir.
Fransa 1870.70 xalla iki pillə düşərək üçüncüdür.
Mərakeş (1755.10 xal) bir pillə irəliləyərək 7-cidir.