AFFA rəhbərliyinin istefası tələb olundu

AFFA rəhbərliyinin istefası tələb olundu
Futbol
183
11 İyun 2026 - 06:53

Supersport.Az xəbər verir ki, "Göyqurdlar" Azarkeş Birliyi yenidən AFFA rəhbərliyinin istefasını tələb edib.



"AZƏRBAYCAN 2-1 SAN MARİNO ! (FIFA 211-ci yer)


Təbriklər, AFFA! Bunlardan daha zəif komandaları yer kürəsində axtarsanız da, çətin ki, tapardınız. 🎪🎡


Siz azarkeşləri çox güman ki, axmaq hesab edirsiniz. Qəsdən zəif rəqiblər seçib saxta qələbələr qazanaraq azarkeşlərin gözünü boyamağa çalışdınız, ancaq bu planınız da iflasa uğradı. Aşağı yaş qruplarından tutmuş A milli komandaya qədər seçdiyiniz bütün rəqiblər dünya futbolunun ən geridə qalmış ölkələridir. Buna baxmayaraq, onları belə rahat məğlub edə bilmədiniz.


Bu gün istefa verməklə başlasanız belə, peşəkar və uzunmüddətli plan əsasında yalnız 15 ildən sonra yüksək səviyyədə futbol oynaya biləcək nəsil yetişdirmək mümkündür. Günləri, ayları və illəri yola verməklə isə heç nə dəyişməyəcək. Artıq 30 ildən çoxdur ki, milli komandalar peşəkar səviyyədə futbol oynaya bilmir.


Milliləşdirilmiş futbolçularla özünüzdən başqa heç kimi aldatmırsınız.


AFFA-nın bütün rəhbər heyəti istefa verənə qədər 'AFFA" emblemi daşıyan bütün komandaları boykot etməyə davam edəcəyik".

Digər xəbərlər