Kriştiano Ronaldo 2 milyard dollar qazancla rekord vurdu

Kriştiano Ronaldo 2 milyard dollar qazancla rekord vurdu
Futbol
120
08 İyun 2026 - 06:47

Supersport.Az xəbər verir ki, "Əl-Nəsr" klubunun, Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldo unikal bir nailiyyətə imza atıb.


41 yaşlı portuqaliyalı futbolçu tarixdə ümumi karyera qazancı 2 milyard dolları keçən ilk idmançı olub. Ronaldonun hazırkı qazancı 2,1 milyard dollardır. Müqayisə üçün, Kriştiano Ronaldonun əsas rəqibi olan argentinalı Lionel Messinin karyera qazancı 1,1 milyard dollardır. "Forbes" jurnalı varlı idmançıların siyahısını açıqlayıb.


Bir məqamı da bildirək ki, Kriştiano Ronaldo və Lionel Messi iyun ayında 2026-cı il Dünya Kubokunda oynayacaqlar. Portuqaliya yığması qrup mərhələsində Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikası, hazırkı dünya çempionu Argentina isə Əlcəzair, Avstriya və İordaniya seçmə komandaları ilə qarşılaşacaq.

Digər xəbərlər