"Turan" daha bir futbolçunu göndərdi
Futbol
99
10 İyun 2026 - 22:51
Supersport.Az xəbər verir ki, "Turan Tovuz" Filip Ozobiçlə yolları ayırıb.
Premyer Liqada 2025/2026-cı illər mövsümündə komandanın heyətində 27 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu ilə müqavilə müddəti başa çatıb.
"Turan" Filip Ozobiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, şəxsi həyatında və gələcək karyerasında uğurlar arzulayıb.