Dünya çempionatı başladı 

Dünya çempionatı başladı 
Futbol
68
12 İyun 2026 - 00:49

Futbol üzrə 23-cü dünya çempionatı başlayıb.


Supersport.Az-ın xəbərinə görə, ilk dəfə olaraq mundial 48 komandanın (əvvəllər 32) iştirakı ilə 3 fərqli ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunur. Bu çempionat futbol tarixinin ən böyük mundialı sayılır.


Dünya çempionatında 104 oyun 16 müxtəlif şəhərdə keçiriləcək. 48 komanda 12 qrupa bölünüb. Hər qrupda 4 komanda var. Qrupda 1-2-ci yerləri tutanlar, eləcə də ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 finala vəsiqə qazanacaq.


Açılış oyununda A qrupunda Meksika ilə CAR arasında olub.  Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik "Estadio Azteca" stadionunda keçirilib. Meksika 2:0 hesablı qələbə qazanıb.


Final isə iyulun 19-u ABŞ-a, Nyu-Yorkdakı "MetLife Stadium"a təyin edilib.


23:00. Meksika - CAR 2:0

Qollar: Xulian Kinyones, 9, Raul Ximenes, 67.

Qırmızı vərəqələr: Sezar Montes, 90+2 – Yaya Sizole, 49. Zemba Zvane, 84.

Baş hakim: Vilton Sampayo (Braziliya).

Digər xəbərlər