Koreyalılar çexləri məğlub etdi
Futbol
75
12 İyun 2026 - 22:24
Cənubi Koreya millisi dünya çempionatına qələbəylə başlayıb.
Supersport.Az xəbər verir ki, asiyalılar ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundialın ilk turunda Çexiya ilə qarşılaşıb.
A qrupunun ikinci görüşü çərçivəsində Cənubi Koreya yığması çexləri 2:1 məğlub edib.
Bu qrupun ilk matçında - mundialın açılış duelində Meksika Cənubi Afrika Respublikasından güclü olub.
DÇ-2026
A qrupu
Cənubi Koreya - Çexiya 2:1
Qollar:Hvan in Bum 67, Oh Hyen Gyu 80- Kreyçi 59
Meksika - 3 xal, Cənubi Koreya - 3 xal, Çexiya - 0 xal, Cənubi Afrika Respublikası - 0 xal