"Qarabağ"ın bolqar klubuyla oyunu ləğv olundu

"Qarabağ"ın bolqar klubuyla oyunu ləğv olundu
Futbol
136
20 İyun 2026 - 16:02

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib. Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. Ağdam klubu iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG "Tirol"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq  “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyuna Bakı vaxtı ilə saat 15:00-da start veriləcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər xəbərlər