Qurban Qurbanov: "Qarabağ"da yenilənmə məni qane etmir" - Video

Qurban Qurbanov: "Qarabağ"da yenilənmə məni qane etmir" - Video
Futbol, Eksklüziv, Video
91
20 İyun 2026 - 21:55

Supersport.Az "Zirə"ni yoxlama matçında məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.


"Hazırlığın ilk mərhələsinin son günü idi. Belə bir oyunun olmasını çox istəyirdik. Çox faydalı oyun oldu. Matçı üç hissəyə bölmüşdük - iki 30 dəqiqə və bir 45 dəqiqə. 8-9 günlük hazırlıqdan razı qaldım. Futbolçular çox məsuliyyətlə çalışırdılar. Düzdür, bütün oyunçular hazırlıq prosesində bir yerdə deyildilər. Bəziləri milli komandalarda idilər, bəzilərinin zədəsi var idi. Yeni gələn futbolçular 30 dəqiqə oynadılar. Onlar bizə çox gec qoşulublar. Hər biri haqda xoş təəssüratlarım oldu. Ümid edirəm ki, komandamıza faydalı olacaqlar" deyən mütəxəssis "Komandada gedən yenilənmə prosesi sizi qane edir?" sualını cavablandırıb:


- Tam yox. İstərdim ki, işimizi tamamlayaq. Hələ ki tamamlanmayıb. Ümumən proses pis getmir. Bəzən düşünmədiyimiz variantlar da olur. İşimizin daha da sürətlənməsini istəyərdim. Amma hələ vaxtımız var. İnanıram ki, düşündüklərimizi həyata keçirə biləcəyik.

Digər xəbərlər