"Qarabağ"lı Marko Yankoviç Superliqa klubuna keçə bilər - Eksklüziv
Futbol, Eksklüziv
130
21 İyun 2026 - 06:15
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Superliqaya vəsiqə qazanan "Çorum" Futbol Klubu "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviçlə maraqlanır.
Türkiyə təmsilçisinin 30 yaşlı Yankoviçi almaqda israrlı olduğu bildirilir.
Markonun "Qarabağ"la 1 illik müqaviləsi qalıb. O, 2022-ci ilin iyulunda Azərbaycan klubuna gələndə qiyməti 125 min avro olduğu halda, indi bu rəqəm 800 min avrodur.
Yankoviç ötən mövsüm "Qarabağ"ın 44 matçında meydana çıxıb, Çempionlar Liqasının 13 oyununda iştirak edib.