Hafiz Zeynalov "Neftçi"nin hədəflərini açıqladı

Hafiz Zeynalov "Neftçi"nin hədəflərini açıqladı
Futbol
131
26 İyun 2026 - 16:02

"Neftçi" klubunun Müşahidə Şurasının sədri Hafiz Zeynalov baş məşqçi Yuri Verniduba Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:


"Klubumuz üçün yeni müqavilə xeyirli olsun! "Neftçi"nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik".


“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:


"Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba "Neftçi"dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq".

Digər xəbərlər