"Qarabağ" – "Vestri" oyunu cəzalandırılmış hakimə həvalə olundu

"Qarabağ" – "Vestri" oyunu cəzalandırılmış hakimə həvalə olundu
Futbol
162
30 İyun 2026 - 15:45

Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Vestri" matçının təyinatları açıqlanıb. İyulun 9-da baş tutacaq qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək.


Görüşün baş hakimi 35 yaşlı Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcək. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə yetirəcək.


Roman Jitari 2021-ci ildə Moldova çempionatının "Zimbru" - "Balti" matçında kobud səhvlər səbəbindən Hakimlər Komitəsinin 5 oyunluq cəzasıyla üzləşib.


İsveçrəli Luka Cibelli VAR, onun həmvətəni Anojen Kanaqasinqam AVAR olacaq.


Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Digər xəbərlər