"Turan" "Fənərbağça"nı Tovuza gətirir
Supersport.Az-ın əldə etdiyi məlumata görə, növbəti mövsümə daha iddialı olmağı hədəfləyən "Turan Tovuz" rəhbərliyi azarkeşlərinə futbol bayramı yaşatmağı planlaşdırır.
Azərbaycan klubunun rəhbərliyinin Türkiyə təmsilçisi "Fənərbağça"yla yoldaşlıq oyunu ilə bağlı müraciəti müsbət qarşılanıb.
Son mövsümü üçüncü pillədə başa vurub Konfrans Liqasına vəsiqə qazansa da, son anda 7 il əvvəlki məsələyə görə avrokuboklardan kənarda qalan "Turan Tovuz" klubu yoldaşlıq oyununda Türkiyə nəhəngi ilə qarşılaşacaq.
Qeyd edək ki, ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edən "Turan" 1994-cü ildə məhz "Fenerbahçe" ilə qarşılaşmışdı və futbol tariximizə ilk avrokubok təmsilçimiz kimi düşmüşdü.
Tovuz şəhər stadionunda baş tutacaq oyunun keçiriləcəyi tarixin klub tərəfindən yaxın vaxtlarda açıqlanması gözlənilir.