"Neftçi" hücumçu aldı

"Neftçi" hücumçu aldı
Futbol
116
28 İyun 2026 - 15:35

Supersport.Az xəbər verir ki, "Neftçi" hücumçu transferini reallaşdırıb. Slovakiyalı Lyubomir Tupta komandamızın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.


Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

Digər xəbərlər