"Turan"dan Vadji qərarı
Futbol
19
26 İyun 2026 - 22:33
"Turan Tovuz" futbolçusu İbrahima Vadji ilə müqaviləni artırıb.
Supersport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı seneqallı hücumçunun yeni sözləşməsi 1+1 illikdir.
Qeyd edək ki, İbrahima Vadji ötən ilin iyul ayından "Turan Tovuz"da çıxış edir. O, Tovuz təmsilçisində 30 oyuna 4 qol vurub, 2 qol ötürməsi edib. Vadji 2021-2022-ci illərdə "Qarabağ"da oynayıb.