"Qarabağ"la oyunda çox qol buraxdıq" - "Tirol"un baş məşqçisi
Futbol
165
28 İyun 2026 - 16:03
Supersport.Az xəbər verir ki, Avstriyada "Qarabağ"a 0:4 məğlub olan "Tirol"un 43 yaşlı baş məşqçisi Filip Semliç açıqlama verib.
"Ümumiyyətlə, gənclərdən ibarət komandamız pis oyun göstərmədi. Yaratdığımız çoxsaylı qol imkanlarından istifadə edə bilməməyimiz məyusedici idi. Futbolçularımız fərqlənməyə layiq idilər. Təəssüf ki, ikinci hissədə asanlıqla qollar buraxdıq. Ancaq komandanın performansı yaxşı idi".