"Qarabağ"a "Tvente"ylə oyuna 1500 yer ayrıldı

"Qarabağ"a "Tvente"ylə oyuna 1500 yer ayrıldı
Futbol
58
17 Avqust 2026 - 14:48

Supersport.Az xəbər verir ki, "Twente" - "Qarabağ" oyunu üçün vauçerlər bu gün satışa çıxarılacaq. 


UEFA Konfrans Liqasının Pley-off mərhələsi çərçivəsində keçiriləcək "Twente' (Niderland) - "Qarabağ" FK matçını "FC Twente Stadion"da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 17:00-dan etibarən satışda olacaq.


Biletlərin qiyməti: 4️⃣5️⃣ AZN.


🎟️ Azarkeşlərdən vauçerləri alarkən e-mail ünvanlarını düzgün qeyd etmələri xahiş olunur.


Vauçerlər əldə edildikdən sonra, oyun gününədək, alış zamanı qeyd olunan e-mail ünvanına biletlər göndəriləcək.


⚠️ Bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur. 


Stadiona giriş yalnız biletlə mümkün olacaq və şəxsiyyətinizi təsdiq edən sənəd mütləq üzərinizdə olmalıdır.


Azarkeşlər üçün "FC Twente Stadion"da 1500 yer ayrılıb.


Ayrılmış sektorlara (325,326) giriş "Gate X" vasitəsilə olacaq.


Qeyd edək ki, "Twente" - "Qarabağ" oyununa avqustun 20-i Bakı vaxtı ilə 🇦🇿 22:00-da, yerli vaxtla isə (🇳🇱 Niderland) 20:00-da start veriləcək.



Digər xəbərlər