Valdas Dambrauskas: "5:0-lıq qələbəni unuduruq"
Supersport.Az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan premyer liqasının 4-cü turunda "Zirə" üzərində 5:0-lıq qələbəni şərh edib.
"Oyunçularımı təbrik edirəm. Onlar bu gün oyun planımızı möhtəşəm şəkildə meydançada icra etdilər. Oyuna çox yaxşı başladıq, 10 dəqiqədə 2 qol vurduq. Hücum və pressinq zamanı çox aqressiv idik. İstədiyimizi meydanda edə bilirdik. 3:0-dan sonra futbolçularımdan bir az məmnun qalmadım. Çünki oyunçularımda tələskənlik görürdüm. Onlar hər hücumu bitirməyə çalışırdılar, ancaq mən istəyirdim ki, onlar daha çox oyunumuzu rəqibə qəbul etdirsinlər. Bəzən iki yarımmüdafiəçimiz ara ötürmələrini bağlaya bilmirdi, bu hallardan o qədər də məmnun qalmadım. Komanda 5:0 qalib gəlirsə, qol da buraxmırsa, ümumən razı qalmamaq düzgün deyil. Komandamın bu günkü oyunundan çox məmnunam. Bu nəticəni unuduruq, qarşıdakı matça köklənirik".