"Turan"dan növbəti etiraz, şübhəli penalti - Video

"Turan"dan növbəti etiraz, şübhəli penalti - Video
Futbol, Eksklüziv, Video
136
13 Sentyabr 2026 - 20:31

Supersport.Az xəbər verir ki, premyer liqanın 5-ci turunda "Araz Naxçıvan"la matçda xallar itirən "Turan Tovuz" açıqlama yayıb.


AFFA, FİFA referisi Elçin Məsiyevin şübhəli penaltisi 


"Turan"ın etirazdolu bəyanatını təqdim edirik:


"HÖRMƏTLİ “TURAN” AİLƏSİ!


Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.


Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.


Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.


“Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!"


Qeyd edək ki, matçın son dəqiqəsində AFFA, FİFA referisi Elçin Məsiyev "Turan"ın qapısına təyin etdiyi şübhəli penaltiylə "Araz" məğlubiyyətdən xilas olub.

Digər xəbərlər