Rəşid Məmmədəliyev ermənini məğlub edib birinci oldu
Olimpiya, Digər, Cüdo, Foto
155
13 Sentyabr 2026 - 08:17
Supersport.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə "Böyük Dəbilqə" yarışında ölkəmiz uğur qazanıb. Beynəlxalq yarışa 67 ölkədən 504 idmançı qatılıb.
Rəşid Məmmədəliyev (73 kq) finalda İsveç təmsilçisi Narek Vardanyanı məğlub edərək qızıl medal qazanıb.
Vüsal Qələndərzadə (81 kq) üçüncü yer uğrunda görüşdə Sloveniya idmançısı Natse Herkoviçə qalib gələrək bürünc mükafatın sahibi olub.