"Qarabağ"ın keçmiş futbolçusu dünyasını dəyişib
Futbol, Foto
235
10 Sentyabr 2026 - 13:07
"Qarabağ" komandasının keçmiş futbolçusu Hüseyn Əhmədov vəfat edib.
Supersport.Az saytına bu məlumatı Ağdam klubunun kapitanı olmuş Səttar Əliyev verib.
"Saşa" ləqəbli sabiq qapıçı 77 yaşında Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.
Hüseyn Əhmədov 1949-cu ildə Ağdam rayonunda anadan olub, 1970 və 80-ci illərdə "Qarabağ" komandasının formasını geyinib.
"Neftçi", "Avtomobilçi"də də çıxış edən H.Əhmədov, 1988-ci ildə "Qarabağ" komandası ilə birgə Azərbaycan çempionu adını qazanıb. "Zenit" qapıçılar məktəbində dərs deyib.
Allah rəhmət eləsin!