"Mançester Yunayted" "Sabah"ı 5 qolla məğlub etdi
Futbol
148
10 Sentyabr 2026 - 18:57
Bu gün "Sabah" klubunun U-19 komandası UEFA Gənclər Liqasında ilk matçını keçirib.
Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Liqa mərhələsinin 1-ci turu çərçivəsində İngiltərədə "Mançester Yunayted"lə qarşılaşıb.
Mançester şəhərində İngiltərə klubu 5:0 hesablı qələbə qazanıb.
17:00 "Mançester Yunayted" - "Sabah" 5:0
Qollar: Amir İbrahimov 2, Vatson 16, Qabriel 45, 85, 87
Xatırladaq ki, "Sabah" əsas raundda 6 oyun keçirəcək.
Növbəti turlarda rəqiblərimiz ardıcıl qaydada "Slaviya" (Çexiya), "Borussiya" Dortmund (Almaniya), "Vikinq" (Norveç), "Barselona" və "Vilyarreal" (hər ikisi İspaniya) olacaq.