Valdas Dambrauskas: "Sabah" "Mançester Yunayted"in icazə verdiyi qədər oynadı"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Mançester Yunayted"ə (0:4) məğlubiyyətin səbəblərini açıqlayıb.
Supersport.Az UEFA-nın saytına istinadən xəbər verir ki, litvalı mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının uğursuz startını təcrübəsizliklə əlaqələndirib
"Əlbəttə ki, məşqçi olmağımla fəxr edirəm. Bu, bizim Çempionlar Liqasında debütümüzdür. Bəlkə də daxilən bir az daha artığını gözləyirdik. Ona görə də qollar buraxmağmız məyusluq yaratdı. Xüsusilə də ilk hissənin sonunda vurulan həmin iki qol... Bu oyundan dərslər çıxaracağıq.
Məğlubiyyət bir qədər təcrübəsizliklə bağlı idi. Çünki oynamaq şansımız olanda topa sahib olmağa və oyuna nəzarət etməyə çalışırdıq. Əlbəttə ki, "Mançester Yunayted"in icazə verdiyi qədər. Lakin düşünürəm ki, bizim də bəzi imkanlarımız oldu. Bəzi anlarda hücumumla müdafiəmiz arasındakı məsafə çox böyük olurdu. Topu itirəndə öz mövqelərimizə qayıda bilmirdik. Belə olan halda onlar bizi daha çox cəzalandırmaq şansı qazanırdılar. Üç ildən sonra Çempionlar Liqasına qayıdıb qələbə qazanmaları münasibətilə "Mançester Yunayted"i təbrik edirəm".