Video: "Qarabağ" bir az, "Çelsi" lap çox inkişaf edib" - Qurban Qurbanov

Video: "Qarabağ" bir az, "Çelsi" lap çox inkişaf edib" - Qurban Qurbanov
Futbol, Eksklüziv, Video
458
01 Noyabr 2025 - 17:43

Supersport.Az "Çelsi"ni qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Kontenin 2017-ci ildəki "Çelsi"si daha təhlükəlidir, yoxsa Mareskanın indiki komandası?" sualına cavabını videogörüntüyə alıb.



"Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün "Çelsi" daha yuxarı səviyyədədir, Kontenin "Napoli"si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib".



Digər xəbərlər