"Neftçi", haramınız olsun!" - Foto
Futbol, Foto
395
02 Dekabr 2025 - 22:17
"Neftçi" futbol klubu ölkə kubokunda "Zirə"yə məğlub olaraq yarışla vidalaşıb.
Supersport.Az xəbər verir ki, "flaqman"ın azarkeşləri klubun sosial şəbəkəsində şərh bölümündə bunu yazıb:
"Başda MŞ olmaqla, bütün "Neftçi" rəhbərliyi və məşqçilər korpusunu, eləcə də oyunçuları təbrik edirik. Daha bir tarix yazdınız. "Neftçi" sizin sayənizdə tarixində ilk dəfə kubokun 1/8 final mərhələsində dayandı. Haramınız olsun!"
"Neftchi Baku Fan Page" oyun haqda isə bunları qeyd edib:
🏁 | Matç bitdi! Komandamız iyrənc oyunla kuboka əlvida dedi. Tarixində ilk dəfə "Neftçi" kubokun 1/8 final mərhələsində dayandı!
"Zirə" - "Neftçi" 1:0