Azərbaycan - Fransa matçına 21 min bilet satılıb - Eksklüziv

Azərbaycan - Fransa matçına 21 min bilet satılıb - Eksklüziv
Futbol, Eksklüziv, Tribuna
325
13 Noyabr 2025 - 08:31

Supersport.Az-ın əldə etdiyi məlumata görə, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Fransa matçına maraq böyükdür.


 Qarşılaşmaya 21 min bilet satılıb. 


Supersport.Az-a bu məlumatı AFFA mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Murad Axundov verib.


Yalnız 9 sektora 5 manatlıq biletlər qalıb. Qiymətlər 5-200 manat aralığında dəyişir.


Respublika stadionu 31 min 200 tamaşaçı tutumuna malikdir və Azərbaycan - Fransa matçında azarkeşlərin idman arenasını tam dolduracağı gözlənilir.

Digər xəbərlər