Qurban Qurbanov: "Qəhrəmanlardan çox aşağıdayıq" - Foto-Video

Qurban Qurbanov: "Qəhrəmanlardan çox aşağıdayıq" - Foto-Video
Futbol, Eksklüziv, Tribuna, Video, Foto
609
12 Oktyabr 2025 - 15:45

Supersport.Az "Məhəmmədəli" filminin təqdimatında iştirak edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb. 

Allahdan şəhidlərə rəhmət, qazilərə şəfa diləyən mütəxəssis, xalqın qəhrəmanlarla qürur duyduğunu bildirib. 


"Mənim üçün fikir bildirmək asan deyil. Qəhrəmanlardan çox aşağıdayıq. Onlar Azərbaycanımızın qururlarıdır.


"Qarabağ" klubu xalqımızın müharibədə düşmənlər üzərində qələbəsindən sonra daha da güclənib. Fikrimcə, bu ruh gələcəkdə biz burda olsaq da, olmasaq da, komandanın simvolu olacaq".


Məhəmmədəli İbrahimli "İmarət" fanklubunun üzvü olub, Vətən müharibəsində şəhid olub.


Qurban Qurbanov Məhəmmədəlinin atası Mütəllim kişiylə görüşüb, müsbət danışıb.


"Məhəmmədəli" filminin müəllifi tanınmış jurnalist Asəf Quliyevdir.





Digər xəbərlər