"Sabah" - "Qarabağ" matçına maraq azdır - Eksklüziv

"Sabah" - "Qarabağ" matçına maraq azdır - Eksklüziv
Futbol
221
17 Dekabr 2025 - 21:31

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" – "Qarabağ" matçına azarkeşlərin marağı azdır.


Çempionluq uğrunda mübarizə aparan komandaların oyununa 3 min 500 bilet satılıb. 


Supersport.Az-a bu məlumatı "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov verib.


Biletlərin qiyməti 1-2 manatdır. Stadionun tutumu 8 min 700 yerlikdir.



"Sabah" - "Qarabağ" matçı sabah saat 19:30-da "Masazır Arena"da başlayacaq.


Digər xəbərlər