PSJ 1 ildə 6 kubok qazandı
Futbol
142
18 Dekabr 2025 - 09:03
Supersport.Az xəbər verir ki, PSJ 2025-ci ildə altıncı kuboku qazanıb.
Paris klubu FİFA Qitələrarası Kubokunda "Flamenqo"ya qarşı finalda qələbə qazanaraq (1:1, penaltilərlə 2:1) 1 təqvim ilində ən çox kubok qazanan 3-cü klub olub. PSJ bir təqvim ilində qazanılan titul sayına görə "Barselona" və "Bayern"in rekordunu təkrarlayıb. İspanlar 2009-cu ildə, almanlar isə 2020-ci ildə 6 kubok qazanmışdılar.
Qeyd edək ki, bundan əvvəl PSJ çempionat, Kubok, Fransa Superkuboku, Çempionlar Liqası və UEFA Superkuboku da daxil olmaqla bir neçə titulu qazanmışdılar.