"Sabah" "Qarabağ"ı zirvədən saldı
Futbol
128
18 Dekabr 2025 - 21:29
Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" – "Qarabağ" matçı keçirilib.
Qurban Qurbanovun komandası hesabda irəli olsa da, sonda məğlubiyyətlə barışıb.
"Sabah" 34 xalla liderliyə yüksəlib.
18 dekabr (cümə axşamı)
19:30 "Sabah" – "Qarabağ" 2:1
Qollar: Coy Mikels 52, A.Maluda 88 - Leandro Andrade 9
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Masazır Arena"