"Neftçi" qış hazırlığına başladı

"Neftçi" qış hazırlığına başladı
Futbol
221
06 Yanvar 2026 - 14:45

Supersport.Az xəbər verir ki, "Neftçi" qış təlim-məşq toplanışına başlayıb. Yanvarın 4-də BƏƏ-yə yola düşən komandanın üzvləri dünən axşam paytaxt Əbu-Dabidə ilk məşqə çıxıblar. "Ağ-qaralar" hazırlığı bu gün səhər baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında davam etdirib. Növbəti məşq bu axşam baş tutacaq.


"Neftçi" burada 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları ilə qarşılaşacaq. Toplanış yanvarın 17-dək davam edəcək.

Digər xəbərlər