Qurban Qurbanov yorğunluq, gərginlik, intizamsızlıq haqda danışdı - Video
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Qarabağ"dan fərqli olaraq, Çempionlar Liqasındakı rəqibiniz "Ayntraxt" üç rəsmi matç keçirəcək. Gözləmək olardı ki, bu oyunun ağırlığını hiss etmək üçün daha güclü rəqiblə yoxlama oyunu keçirəsiz. Bunun üçün Əbu-Dabiyə, Dubaya getmək olardı. Bu cür seçim etməməyiniz maliyyə məsələsi ilə bağlıdır, yoxsa futbolçuları psixoloji olaraq yalnız "Ayntraxt" matçı ilə yükləmək istəmədiniz?" sualına cavabı videogörüntüyə alıb.
"Maliyyə ilə bağlı sıxıntı yoxdur. İlboyu belə rəqiblərlə oynamışıq. Bu günlərdə hazır deyilik ki, belə komanda ilə 90 dəqiqə oynayaq. Amma qarşımızdakı rəqiblər də ciddi rəqiblərdir. İlk yoxlama oyununda böyük ehtimalla hər futbolçu bir hissə oynayacaq. Amma ikinci matçda 90 dəqiqə oynatmaq nəzərdə tutulub. Futbolçuların hazırlığına baxacağıq. Elə də böyük vaxt itirməmişik. Hazırlıq planımızda problem olmayacaq. Sadəcə əskiklərimiz var idi. Onlar da yorğunluq və psixoloji gərginlikdən irəli gəlirdi. Bəzi detallarda intizamsızlıq olurdu. Onları aradan qaldırmaq üçün fasiləyə ehtiyacımız var idi ki, qaydasına salaq. 20 gün idman formasını itirmək üçün ciddi vaxt deyil. Futbolçular aktiv istirahət ediblər. Bu günlərdə onların sağlamlığını və gücünü geri qaytarmaq lazım idi. İnanmıram ki, başqa sıxıntımız olsun".
.