Azərbaycan millisi Avropa çempionatının finalında - Video

Azərbaycan millisi Avropa çempionatının finalında - Video
Futbol, Video
126
04 İyun 2026 - 05:27

Bratislavada keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası yarımfinal mərhələsində Serbiya yığması ilə üz-üzə gəlib.


Gərgin keçən qarşılaşmada hesabı Xətai Bağırovun qolu ilə Azərbaycan millisi açıb. Lakin rəqib komanda sonradan tarazlığı bərpa edib və matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.



Supersport.Az xəbər verir ki, qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan yığması rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib.


Millimizin həlledici görüşdəki rəqibi Ukrayna yığması olacaq. Final qarşılaşmasına bu gün saat 22:30-da start veriləcək.

Digər xəbərlər