UEFA "Turan"ı yarışa buraxmır? - Klubdan açıqlama

UEFA "Turan"ı yarışa buraxmır? - Klubdan açıqlama
Futbol
146
01 İyun 2026 - 19:23

UEFA-nın Azərbaycanın "Turan-Tovuz" klubunu futbol üzrə Konfrans Liqasına buraxmayacağı barədə məlumat yayılıb. Buna səbəb olaraq 2019-cu ilin sonunda həmin dövrdə birinci divizionda (indiki I Liqa) çıxış edən klubun 7 futbolçusunun danışılmış oyunlarda iştirak etdiklərinə görə ömürlük futboldan kənarlaşdırılması göstərilib.


Supersport.Az məsələylə bağlı "Turan Tovuz"un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxlayıb.


Klub nümayəndəsi bu haqda belə açıqlama verib.


"2025-2026-cı illər mövsümünü uğurla başa vurduq. Gərgin keçən mövsümdə bütün idman prinsipləri qorunaraq haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA başda olmaqla heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq".

Digər xəbərlər