Luis Enrike: "Hər iki komanda qələbəyə layiq idi"

Luis Enrike: "Hər iki komanda qələbəyə layiq idi"
Futbol
111
31 May 2026 - 17:23

Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının finalında "Arsenal"ı məğlub edən PSJ-nin baş məşqçisi Luis Enrike qələbəni şərh edib.


"Çempionluğa layiq idik. Bəlkə də hər iki komanda qələbəyə layiq idi. Ancaq bütün mövsüm oynadığımız oyuna görə Çempionlar Liqasını qazanmağa layiq idik. Çox xoşbəxtik və gələn il də bu uğuru təkrarlamağa çalışarıq. Niyə də yox? Matça rəqib çox yaxşı başladı. Rəqib necə müdafiə olunmağı bilirdi. Çox çətin idi. Topa daha çox nəzarət etməyə çalışırdılar. Biz hücum etməyə öyrəşmişik. Rəqib fiziki cəhətdən güclü, çox sərtdir".



Digər xəbərlər