"Qarabağ"dan Şahrudin qərarı - Eksklüziv
Futbol, Eksklüziv
264
04 İyun 2026 - 12:00
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" qolkiper Şahrudin Muhammədəliyevlə bağlı qərar verəcək.
Mənbə bildirib ki, klub rəhbərliyi qapıçıyla yolları davam etdirmək fikrindədir. 31 yaşlı Şahrudinin "Qarabağ"la müqaviləsi iyunun 30-da başa çatacaq.
Baş məşqçi Qurban Qubanov Şahrudin Məhəmmədəliyevi komandada saxlamaq niyyətindədir. "Qarabağ"ın yaxın müddətdə qolkiperlə müqaviləni yeniləyəcəyi bildirilir. Şahruddin ötən mövsüm uzun müddət zədəli olub, premyer liqanın 33 oyununun 6-da meydana buraxılıb.
Hazırda Şahrudin milli komandanın xarici ölkədə düşərgəsindədir.
Ş.Məhəmmədəliyev 11 ildir "Qarabağ"dadır, 9 qat çempion olub, 1 dəfə kubok qazanıb.
Şahrudin 6 ildir millidədir, 35 matçda iştirak edib.