"Zirə" bərbad vəziyyətdə: birinci liqa klubuna uduzdu

"Zirə" bərbad vəziyyətdə: birinci liqa klubuna uduzdu
Futbol
106
30 İyun 2026 - 22:17

Supersport.Az-ın məlumatına görə, Boluda  təlim-məşqdə olan Zirə komandası yenə məğlub olub. 


Azərbaycan premyer liqasının iştirakçısı, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" bu gün Türkiyənin birinci liqa təmsilçisi "Iğdır"a uduzub: 3:4.


Iğdır komandası ötən mövsüm 20 komanda sırasında 13-cü olub.


"Zirə"dən Yeqor Boqomolski 2, Elçin Əlicanov 1 qol vurub.


"Zirə" - “Iğdır” (3:4)


Start heyəti: Aydın Bayramov, Elçin Əlicanov, Amin Seydiyev, Hacıağa Hacılı, Gima (K), İsmayıl İbrahimli, Ayxan Hüseynov, Krismael Diqbeu, Abdul Aziz, Namiq Ələsgərov, Yeqor Boqomolski


Oyuna sonradan daxil olanlar: Səlim Həşimov, Ramiz Muradov, Fuad Bayramov, Yusif Hacıyev


"Zirə" əvvəlki yoxlama matçında Özbəkistan "Navbahor" klubuna 1:3 hesablı məğlub olmuşdu.


Xatırladaq ki, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində "Zirə"nin rəqibi "Torpedo Kutaisi"dir.

Digər xəbərlər