"Turan"ın yay planı
Futbol
141
01 İyul 2026 - 01:06
Supersport.Az-ın məlumatına görə, "Turan Tovuz"un yay hazırlıq planı məlum olub.
Komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.
Hazırlığın iki həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.