"Torpedo" 4-cü dəfə superkubok qazandı
Futbol
90
02 İyul 2026 - 07:23
UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi “Torpedo” bu Gürcüstan superkubokuna sahib çıxıb.
Supersport.Az xəbər verir ki, Kutaisi təmsilçisi finalda "İİberia" ilə qarşılaşıb. Dörd gün əvvəl yarımfinalda kubokun sonuncu qalibi "Dila"nı məğlub edən (1:0) "Torpedo" bu dəfə də qalib gəlib.
Final matçının əsas vaxtında qalib müəyyənləşmədiyindən (2:2) penaltilər seriyasından istifadə olunub. "Torpedo" qələbə qazanaraq (6:5) superkuboka sahib çıxıb.
Xatırladaq ki, "Zirə" ilə "Torpedo" arasında ilk matç iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-sı Kutaisidə keçiriləcək.